Menu

HİLAL ƏSƏDOVUN XANIMI MÜSAHİBƏSİNDƏN İMTİNA ETDİ - "Gizli yazıblar..."

20.11.2015, 15:25
HİLAL ƏSƏDOVUN XANIMI MÜSAHİBƏSİNDƏN İMTİNA ETDİ - "Gizli yazıblar..."

Nazir müavininin xanımı adından yayılan müsahibəni təkzib edir

Günün ən sensasion hadisələrindən biri heç şübhəsiz ki, milli təhlükəsizlik nazirinin birinci müavini Hilal Əsədovun həyat yoldaşı Nüşabə Əsədovadan alınan açıqlama idi.

N.Əsədova criminal.az saytına açıqlamasında həyat yoldaşının həbs olunmadığını, bu xəbərləri onun bədxahlarının yaydığını demişdi.

Musavat.com N.Əsədova ilə əlaqə saxlayaraq həm son durumu, həm də verdiyi açıqlamalarla bağlı əlavə məlumat öyrənmək istəyib. N.Əsədova ümumiyyətlə mətbuatla bu və ya digər formada əlaqə saxlamaq istəmədiyini bildirib: “Mənə heç kim zəng etməsin və söz soruşmasın. Mən danışmayacam”.

N.Əsədovaya bundan öncə verdiyi açıqlamanı xatırladanda isə bildirib ki, o, heç bir media nümayəndəsi ilə görüşməyib və açıqlama verməyib. “Bəs yazılanlardan xəbəriniz varmı” sualına cavabda isə general xanımı “Bilmirəm, xəbərim yoxdur, gizli yazıblar, özlərindən yazıblar. Deyə bilmərəm. Heç kimlə danışmamışam. Siz də bir daha məni narahat etməyin”.

Musavat.com xatırladır ki, N.Əsədova 14 saylı uşaq poliklinikasının baş həkimidir. O, daha öncə bu poliklinikada sıravi həkim olub. Həyat yoldaşı nazir müavini olandan sonra isə N.Əsədova poliklinikaya baş həkim təyin edilib.

Bir gün əvvəlki açıqlama: MTN GENERALININ XANIMINDAN MARAQLI AÇIQLAMALAR – “Bir obyekti belə yoxdur…” 

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol