Rusiyanın xarici borcu 700 milyard dollara çatdı

Rusiyada dövlət şirkətleri və fərdi firmaların aldığı kreditlərdəki artım səbəbiylə ölkənin ümumi xarici borcu da sürətlə artmaqda davam edir. ANS PRESS-in Rusiya Mərkəzi Bankına istinadən verdiyi məlumata görə, bu ilin ilk üç ayında Rusiyanın xarici borcu 23.8 faiz artımla 700 milyard dollarla çatdı.

İgtisadi ekspertlər borc miqdarındakı artımın başlıca səbəbini xüsusi ilə dövlət şirkətlərinin xarici investisiya ilə girişdikləri proyektler olduğunu deyirlər. Buna misal olaraq “Rosneft”in keçən mart ayında xarici investisiya ilə TNK-BP hissələrini satın aldığı göstərilir. Şirkətlərin xaricdən borc almasının ölkədəki nağd pulun kifayət qədər olmayışının da göstəricisi olduğuna diqqət çəkən ekspertlər, bunun isə ölkə içinde faizlərin artması və iqtisafi inkişaf sürətinin azalmasına yol açacağını deyirlər.

Rusiya Mərkəz Bankının açıqlamasında ölkədəki bankların da bu ilin ilk üç ayında xarici borclarının 22 faiz artaraq 205 milyard dollara çıxdığına diqqət çəkildi.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar