Menu

"O səfirlik gücləndirilmiş rejimdə işləyir" - Azərbaycan XİN

23.11.2015, 13:32
"O səfirlik gücləndirilmiş rejimdə işləyir" - Azərbaycan XİN

Nazirlik məsələ ilə bağlı rəsmi məlumat yayıb

Xarici İşlər Nazirliyi Azərbaycanın Belçikadakı səfirliyinin gücləndirilmiş rejimdə işlədiyini açıqlayıb. KİV-in sorğusuna cavab olaraq, XİN-nin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev bildirib ki, Belçika Krallığındakı terror təhlükəsi ilə əlaqədar Azərbaycanın bu ölkədəki səfirliyi gücləndirilmiş iş rejimində fəaliyyət göstərir və səfirliyin bütün əməkdaşları iş yerindədirlər: “Hal-hazırda Belçikada olan vətəndaşlarımızdan kütləvi yerlərdən kənar durmalarını və təhlükəsizlik tədbirləri ilə əlaqədar yerli hüquq-mühafizə orqanlarının tələblərinə riayət etmələrini tövsiyə edirik.

NATO-nun mənzil-qərargahında yerləşən Azərbaycan Respublikasının NATO yanında Nümayəndəliyi təşkilatın tətbiq etdiyi təhlükəsizlik qaydalarına uyğun olaraq fəaliyyət göstərir”.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol