Menu

​Əfqanıstanda vertolyot vurulub, 18 nəfər əsir düşüb

25.11.2015, 09:50
​Əfqanıstanda vertolyot vurulub, 18 nəfər əsir düşüb

"Taliban" yaraqlıları Əfqanıstanda vurulan Moldovaya məxsus vertolyotun sərnişin və heyət üzvlərini əsir götürüblər. Vertolyot bu ölkədə BMT-nin himayəsi altında sülhməramlı missiyada iştirak edib.

"Report" xəbər verir ki, bunu "Publika" telekanalına Moldovanın daxili işlər naziri əvəzi Oleq Balan bildirib.

İlkin məlumatlara görə, hazırda üçü Moldova vətəndaşı olmaqla 18 nəfər taliblərin əsirliyindədir. Vertolyot çərşənbə axşamı Əfqanıstanın Fəryab əyalətində qəzaya uğrayıb. Bu ərazi "Taliban"ın nəzarəti altındadır.

"Frans Press"in məlumatına görə, əsirlərdən 15-i hərbçidir. Əfqan təhlükəsizlik qüvvələri onları azad etməyə cəhd göstərsələr də, taliblər müqavimət göstəriblər və güc strukturları geri çəkilməyəcəyi təqdirdə əsirləri edam edəcəkləri ilə hədələyiblər.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol