Menu

Ermənistanda etirazlar davam edir - FOTOLAR

03.12.2015, 21:43
Ermənistanda etirazlar davam edir - FOTOLAR

Ermənistanda konstitusiya islahatlarının əleyhdarları bu gün axşam saatlarında İrəvanın mərkəzində yürüş keçiriblər. APA-nın “NEWS.am”a istinadən verdiyi xəbərə görə, yürüş Azadlıq meydanında təşkil olunmuş mitinqdən sonra başlayıb və İrəvanın bir neçə mərkəzi küçə və meydanlarını əhatə edib.

Məlumata görə, yürüş zamanı insident baş verməyib.

Aksiya iştirakçılarının bir hissəsi “Yeni Ermənistan” hərəkatı tərəfindən Azadlıq meydanında təşkil olunan fasiləsiz oturaq piketini davam etdirmək niyyətindədir.

[gallery columns="5" size="medium" ids="175180,175181,175182,175183,175184,175185,175186,175188,175189,175190"]

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol