Menu

CAHANGİR HACIYEVİN SAXLANILDIĞI TƏSDİQLƏNDİ! - Kürdəxanı təcridxanasına aparıldı - YENİLƏNİB

05.12.2015, 22:40
CAHANGİR HACIYEVİN SAXLANILDIĞI TƏSDİQLƏNDİ! - Kürdəxanı təcridxanasına aparıldı - YENİLƏNİB

Azərbaycan Beynəlxalq Bankının sabiq sədri Cahangir Hacıyev, nəhayət, həbs edilib.

Strateq.az xəbər verir ki, maliyyə xəyanətində suçlanan Cahangir Hacıyev dünən gecə saatlarında DİN-in müvafiq qurumlarının keçirdiyi əməliyyat zamanı saxlanılıb.

Sabiq bank rəhbəri səlahiyyətlərindən sui-istifadə edərək, dövlət pulunun talan edilməsində, müvafiq sənədlər olmadan yaxın ətrafına milyonlarla dollar məbləğində kreditlər ayırmaqda, mənimsəmə və israfçılıqda, özünə yaxın oliqarxların "çirkli pullar"ının yuyulmasında və digər cinayətlərdə ittiham olunur...

Xatırladaq ki, Canahgir Hacıyev həm də 17 oktyabrda vəzifəsindən uzaqlaşdırılan Milli Təhlükəsizlik naziri Eldar Mahmudovun qudasıdır. Onun bir neçə dəfə həbs olunduğu xəbəri yayılsa da, məlumatlar öz təsdiqini tapmamışdı.

Beynəlxalq Bankın İdarə Heyətinin sabiq rəhbəri Cahangir Hacıyev saxlanılması xəbərinini Daxili İşlər Nazirliyindən (DİN) təsdiqləyiblər. Bu barədə APA məlumat verib. Məlumata görə, C. Hacıyevi DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi saxlayıb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən Trend-ə verilən məlumata görə, C.Hacıyev barəsində Nərimanov Rayon Məhkəməsinin qərarı ilə 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib.  Sabiq bankir Cinayət Məcəlləsinin 178.3.2 – dələduzluq külli miqdarda ziyan vurmaqla törədildikdə və 179.3.2 – külli miqdarda mənimsəmə maddələri ilə ittiham edilir.

Qeyd edək ki,  Canahgir Hacıyev həm də 17 oktyabrda vəzifəsindən uzaqlaşdırılan Milli Təhlükəsizlik naziri Eldar Mahmudovun qudasıdır. Onun bir neçə dəfə həbs olunduğu xəbəri yayılsa da, məlumatlar öz təsdiqini tapmamışdı.

Bu gün barəsində məhkəmə qərarı ilə həbs-qətimkan tədbiri seçilmiş Beynəlxalq Bankın sabiq sədri Cahangir Hacıyev artıq təcridxanaya köçürülüb. ANS PRESS-in əldə etdiyi məlumata görə, Nərimanov Rayon Məhkəməsinin qərarı ilə haqqında 4 ay müddətinə həbs qətimkan tədbiri seçilən C.Hacıyev Kürdəxanı 1 saylı İstintaq Təcridxanasına etap olunub.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol