Finlandiya prezidenti Sauli Niinityö Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla Rusiya prezidenti Vladimir Putin arasında vasitəçi olmaq istəyib. Musavat.com-un məlumatına görə, bu barədə o, özü radioda “canlı xətt”də açıqlama verib.
Çıxışı zamanı o, həmçinin ölkə vətəndaşlarının mövcud xarici siyasət situasiyasında Finlandiyanın hərəkətləri və konfliktlərdə vasitəçi qismində çıxış eləmək imkanlarına dair suallarını cavablandırıb.
“Mən özümü sülhməramlı səviyyəsinədək böyütmək istəmirəm. Ancaq fikrimcə, ölkəmizin çox da böyük olmayan ölçüsünə baxmayaraq, biz Qərblə Şərq arasında əlaqələrin qurulmasında böyük rol oynayırıq. Ötən dəfə belə alındı ki, mən növbə ilə prezident Ərdoğan və prezident Putinlə görüşdüm. Hər ikisinin bir-birinə mesajı var idi” – qeyd edib Finlandiya prezidenti.
Onun sözlərinə görə, çox nüfuzlu olmayan xadimlər də siyasətdə mühüm rol oynayır.


Şərhlər