"Azərbaycanın yanğının söndürülməsi üçün kifayət qədər texniki imkanları, ekspert və canlı qüvvəsi var"
“Günəşli” yatağının 10-cu dərin dəniz özülündə baş vermiş yanğının söndürülməsi üçün xaricdən yanğınsöndürmə üzrə mütəxəssis dəvət edilməyib.
FHN-dən APA-ya bildirilib ki, xaricdən dəvət olunmuş şəxslər yanğınsöndürmə üzrə mütəxəssis deyillər.
FHN-dən o da bildirib ki, Azərbaycanın yanğının söndürülməsi üçün kifayət qədər texniki imkanları, ekspert və canlı qüvvəsi var.
APA-nın əldə etdiyi məlumata görə, ABŞ-dan dəvət olunmuş iki mütəxəssis quyudakı axıntı və sızıntıların qarşısını almaq və hazırkı vəziyyəti təhlil etmək üçün dəvət olunub.
Xatırladaq ki, dünən SOCAR-ın “Azneft” İstehsalat Birliyinin baş mühəndisi Balamirzə Ağarəhimov yaradılan operativ qərargahda keçirilən brifinqdə SOCAR-a kömək edəcək şirkətin adını açıqlamışdı: “Bu, “Boots and Coots”şirkətidir. Onlar 10-cu dərin dəniz özülündə olublar. Hazırda 5-ci özüldə öz texnikasını qurmaqla və gələcək fəaliyyət planını hazırlanması ilə məşğuldurlar”.


Şərhlər