Viktor Yanukoviçin Ali Radadakı nümayəndəsi Yuri Miroşniçenko bildirib ki, səlahiyyəti əlindən alınmış prezidentin yeni məlum deyil. Musavat.com xəbər verir ki, məlumatı İTAR-TASS yayıb
“Bu gün prezidentlə əlaqə olmayıbö. Mən onun yerini bilmirəm”, - Miroşniçenko bildirib.
Qeyd edək ki, artıq Viktor Yanukoviçin Ukraynadan qaçmağa cəhd göstərməsi ilə bağlı məlumatlar yayılıb. Ukraynanın Dövlət Sərhəd Xidmətinin yaydığı məlumata görə, silahlı şəxslər Donetsk hava limanından Viktor Yanukoviçi yola salmağa çalışıblar. Onlar sərhədçilərə bunun müqabilində rüşvət də təklif ediblər. Sərhədçilərin imtina cavabından sonra Viktor Yanukoviç zirehli avtomobillə hava limanını tərk edib. Lakin səlahiyyətləri əlindən alınmış prezidentin hara getməyə çalışdığı bəlli deyil. Kiyevdə qanlı toqquşmalar artıq arxada qalsa da, bir neçə gün əvvəlki toqquşmalar nəticəsində ölənlərin sayı artmaqda davam edir. Ukrayna Səhiyyə Nazirliyinin məlumatına görə, toqquşmalar başlayandan 82 nəfər ölüb.

Şərhlər