Menu

Yanukoviç tapıldı -Ruslar onu hərbi gəmidə Ukraynadan çıxarmaq istəyirlər

24.02.2014, 16:49
Yanukoviç tapıldı -Ruslar onu hərbi gəmidə Ukraynadan çıxarmaq istəyirlər

Bu dəqiqələrdə Yanukoviçi Rusiya Qara dəniz donanmasının dəniz piyadası briqadasının ərazisində görüblər

Ukrayna parlamentinin deputatı Oleq Lyaşko öz “Facebook” səhifəsində yazıb ki, Viktor Yanukoviçi Rusiya hərbi gəmisində Ukraynadan çıxarmaq istəyirlər.

ANS PRESS-in məlumatına görə, o yazıb: "Mikrorayon sakinləri bu dəqiqələrdə Yanukoviçi Rusiya Federasiyasının Qara dəniz donanmasının dəniz piyadası briqadasının ərazisində görüblər. Onu elə indi Rusiya hərbi gəmisində çıxarmaq istəyirlər".

Daha öncə “Facebook”da məlumat yayılıb ki, Viktor Yanukoviç Yaltadan keçərək Sevastopola gedib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol