Saleh Ərşad oğlu Məmmədov "Azəryolservis" Açıq Səhmdar Cəmiyyətinin sədri təyin edilib.APA-nın məlumatına görə, Azərbaycan prezidenti İlham Əliyev müvafiq sərəncam imzalayıb.

“Azəryolservis” Açıq Səhmdar Cəmiyyəti həmçinin Nəqliyyat Nazirliyinin tabeliyindən çıxarılıb.

Azərbaycan prezidenti İlham Əliyev “Azərbaycan Respublikasının nəqliyyat-yol kompleksində idarəetmənin təkmilləşdirilməsi tədbirləri haqqında” 2007-ci il 22 fevral tarixli sərəncamında dəyişikliklər edilməsi barədə sərəncam imzalayıb.

Nazirlər Kabinetinə “Azəryolservis” ASC-nin yeni Nizamnaməsinin və strukturunun layihələrini, Cəmiyyətin ümumi yığıncağının səlahiyyətlərini həyata keçirən dövlət orqanları barədə təkliflərini bir ay müddətində hazırlamaq və prezidentə təqdim etmək, habelə Nəqliyyat Nazirliyinin balansında olan avtomobil yollarının “Azəryolservis” ASC-nin balansına verilməsini bir ay müddətində təmin etmək, “Azəryolservis” ASC-nin balansına verilən avtomobil yollarının idarə olunması, təmiri, saxlanması, qorunması və yenidən qurulması xərcləri ilə bağlı illik büdcə vəsaitinin Cəmiyyətə ayrılmasını təmin etmək tapşırılıb.

Qeyd edək ki, prezident bu fərmanla faktiki olaraq bir müddət əvvəl Nəqliyyat Nazirliyinin tabeçiliyindən çıxarılmlş “Azəryolservis” ASC-nin müstəqil quruma çevrilməsini rəsmiləşdirib. Bununla da Ziya Məmmədov “portfel nazir”ə çevrildiyi bir daha bümayişetdirilib.

Belə ki,son aylar verilən fərman, sərəncam və qərarlardan sonra Ziya Məmmədov demək olar ki, əksər səlahiyyətlərini itirib (bax:"ZİYA MƏMMƏDOV SON SƏLAHİYYƏTİNİ DƏ İTİRDİ! , “ZİYA MƏMMƏDOV BÜTÜN SƏLAHİYYƏTLƏRİNİ İTİRDİ!”“ZİYA MƏMMƏDOVUN BƏZİ SƏLAHİYYƏTLƏRİ DƏ ZEYNALOVA KEÇDİ” başlıqlı yazılara-red.).

"AzPolitika.info"nun qeyd etdiyi kimi, hazırda Nəqliyyat Nazirliyinin respublikanın rayonlarına və beynəlxalq xətlərə çıxan avtobus marşrutlarını tənzimləməkdən başqa səlahiyyəti qalmayıb. Yalnız bunun üçün isə xüsusi bir nazirliyin saxlanılmasına ehtiyac yoxdur. Bu baxımdan yaxın aylarda Nəqliyyat Nazirliyinin ləğv olunacağını gözləmək olar.

M. Məmmədov

AzPolitika.info