Menu

“Azərpoçt”-a rəhbər təyin olundu

08.01.2016, 15:08
“Azərpoçt”-a rəhbər təyin olundu

Sübhan Kazımov “Azərpoçt” MMC-nin baş direktorunun səlahiyyətlərinin müvəqqəti icraçısı təyin edilib.

“Trend”-in məlumatına görə, bunu MMC-dən deyiblər.

S.Kazımov “Azərpoçt”da 2002-ci ildən işləyir. O əvvəlcə MMC-nin Texniki şöbəsinin müdiri vəzifəsində çalışıb. 2004-cü ilin iyulundan isə “Azərpoçt” MMC-nin baş direktorunun müavini vəzifəsini tutur.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol