Menu

Venesuelada fövqəladə iqtisadi vəziyyət elan olundu

16.01.2016, 09:25
Venesuelada fövqəladə iqtisadi vəziyyət elan olundu

Bu vəziyyət bütün ölkə ərazisində 60 gün ərzində qüvvədə olacaq

Venesuela prezidenti Nikolas Maduro bütün ölkə ərazisində 60 gün müddətinə fövqəladə iqtisadi vəziyyət elan edib.

"Report" xəbər verir ki, müvafiq fərman Venesuela televiziyasının birbaşa efirində oxunub.

Maduro ölkə parlamentindən yerli iqtisadiyyatın xilası üçün dəqiq fövqəladə tədbirlər planını təsdiqləməyi xahiş edib.

"Biz fövqəladə planı aktivləşdirmək və iqtisadiyyatımızı yenidən qurmaq niyyətindəyik", - deyə o bildirib.

Madura bundan əvvəl 90 faizdən çox neft gəlirlərindən asılı olan Venesuela iqtisadiyyatında istehsalın artırılması üzrə tədbirlər planı təqdim edəcəyini bildirmişdi.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol