Menu

Prezident Bakı Olimpiya stadionunda tikintinin gedişi ilə tanış olub

28.02.2014, 12:06
Prezident Bakı Olimpiya stadionunda tikintinin gedişi ilə tanış olub

Azərbaycan prezidenti İlham Əliyev bu gün Bakı Olimpiya stadionunda tikinti işlərinin gedişi ilə tanış olub.

APA-nın məlumatına görə, dövlət başçısı stadionun layihəsi ilə tanış olub, idman qurğusunun maketinə və gələcək görüntülərini əks etdirən stendlərə baxıb.

Sonra İlham Əliyev Böyükşor gölünün və ətraf ərazilərin ekoloji vəziyyətinin kompleks bərpası ilə bağlı görülən işlərlə maraqlanıb.

Dövlət başçısı həmçinin Heydər Əliyev-Ziya Bünyadov-Olimpiya Stadionu avtomobil yolunun tikintisində işlərin gedişi ilə tanış olub.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol