Prezident İlham Əliyev Natiq Əmirovun Azərbaycan Respublikası Prezidentinin İqtisadi islahatlar üzrə köməkçisi təyin edilməsi haqqında sərəncam imzalayıb. “Report” xəbər verir ki, sənədə əsasən, Natiq Ərziman oğlu Əmirov Azərbaycan Respublikası Prezidentinin İqtisadi islahatlar üzrə köməkçisi təyin edilib.
Qeyd edək ki, N.Əmirov Әmirov Natiq Әrziman oğlu bu təyinata qədər vergilər nazirinin birinci müavini, 3-cü dərəcəli dövlət vergi xidməti müşaviri olub.
N.Əmirov 1967-ci ildə Dəvəçi rayonunda anadan olub. 1990-cı ildə N.A.Voznesenskiy adına Leninqrad Maliyyə-İqtisad İnstitutunu iqtisadçı ixtisası, 1998-ci ildə isə Elmi-Təhsil Mərkəzi Təfəkkür Universitetini hüquqşünas ixtisası ilə bitirib.
1990-1991-ci illərdə Sumqayıt şəhəri Maliyyə Şöbəsində böyük büdcə iqtisadçısı, 1991-1993-cü illərdə Sumqayıt şəhəri Dövlət Vergi Müfəttişliyinin Vətəndaşların Vergiyə Cəlb Edilməsi Şöbəsində böyük dövlət vergi müfəttişi, 1993-1994-cü illərdə Sumqayıt şəhəri Dövlət Vergi Müfəttişliyinin Dövlət Müəssisələrinin, Təşkilatların və Birliklərin Mənfəətinin (gəlirlərinin) Vergiyə Cəlb Edilməsi və sair Gəlirlər Şöbəsində dövlət vergi müfəttişi, 1994-1997-ci illərdə Sumqayıt şəhəri Dövlət Vergi Müfəttişliyidə Qeyri-dövlət Müəssisələrində Vergi Qanunvericiliyinə və Dövlət Qiymət İntizamına Nəzarət Şöbəsinin rəisi, 1997-2000-ci illərdə Sumqayıt şəhəri Dövlət Vergi Müfəttişliyində rəis müavini, 2000-2001-ci illərdə Bakı şəhəri Səbail Rayonu Vergilər İdarəsinin rəis müavini işləyib.

Azərbaycan Respublikası Prezidentinin 4 mart 2009-cu il tarixli sərəncamı ilə Azərbaycan Respublikası Vergilər nazirinin birinci müavini vəzifəsinə təyin edilib.
Ailəlidir, 3 övladı var.
Qeyd edək ki, Prezidentin İqtisadi islahatlar üzrə köməkçisi postuna Natiq Əmirovu təyin etməsi maraq doğurmaya bilməz. Xüsusilə, bu təyinatın Vergilər Nazirliyindən aparılması, Fazil Məmmədovun "sağ əlini"nin islahatlarda əsas rol oynayacaq bir fiqura çevrilməsi diqqəti cəlb edir. Bu, hakimiyyət daxilində Fazil Məmmədovun təmsil olunduğu qruplaşmanı nə qədər gücləndirirsə, rəqib qruplaşmanı da bir o qədər narahat edəcək. Narahat olmağa ciddi əsaslar da var. Böyük ehtimalla, Natiq Əmirovun məsləhəti ilə aparıla islahatlar çərçəvəsində rəqib qruplaşmanın nəzarətində olan bir sıra dövlət qurumları ləğv ediləcək və ya başqalarına birləşdiriləcək.
Murad
AzPolitika.info

Şərhlər