Menu

Vətəndaş sosial müdafiə mərkəzinə silahla gəldi

22.02.2016, 17:27
Vətəndaş sosial müdafiə mərkəzinə silahla gəldi

Mingəçevir şəhər Əhalinin Sosial Müdafiəsi Mərkəzinə silahlı basqın olub. “Report”un xəbərinə görə, mərkəzin aparıcı mütəxəssisi Ülviyyə Cəfərovanın xidməti otağına bir nəfər əlində bıçaqla daxil olaraq onu hədələyib və pul tələb edib.

Hadisə yerinə polis əməkdaşları gəlib və əlində bıçaq olan şəxs tutulub.

Qeyd edək ki, əlində bıçaqla şöbəyə gələn şəxs qadındır.

Faktla bağlı araşdırma aparılır.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol