Menu

Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin adı dəyişdirildi

07.03.2014, 16:59
Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin adı dəyişdirildi

Prezident İlham Əliyev Azərbaycan Respublikasının Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin yaradılması haqqında sərəncam imzalayıb.

Sərəncamda qeyd olunur ki, Azərbaycan Respublikasında dövlət idarəetmə strukturunu təkmilləşdirmək məqsədi ilə Azərbaycan Respublikasının Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi əsasında Azərbaycan Respublikasının Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yaradılsın.

Dövlət başçısının digər sərəncamı ilə Əli Məmməd oğlu Abbasov Azərbaycan Respublikasının rabitə və yüksək texnologiyalar naziri təyin edilib.

- See more at: http://axar.az//news/10990#sthash.BTDLvLfo.dpuf

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol