Xaricdə Təhsil Alan Azərbaycanlı Tələbələr və Məzunların Beynəlxalq Forumunun (ASAİF) sədri Ramin Hakimov hərbi xidmətə çağırılıb.

Virtualaz.org saytı xəbər verir ki, bunu R.Hakimov özü deyib. O, gözlənilmədən əsgərliyə çağırılmasını “vətənə məhəbbəti və patriotluğu ilə” izah edib.

R.Hakimov milyonlarla dollar həcmində büdcə vəsaitini ASAİF vasitəsilə dağıtması və mənimsəməsi barədə mətbuatda yazılanlara da münasibət bildirib. Deyib ki, Azərbaycanın milli valyutası manatdır, xaricdən maliyyələşdirilən təşkilatlar pulu dollarla sayırlar.

Qeyd edək ki, ASAİF Prezident Administrasiyanın şöbə müdiri Elnur Aslanovun (YAP-çı deputat Rəbiyyət Aslanovanın oğlu) kurasiyasındadır. R.Hakimov isə E.Aslanovun ən yaxın adamı və "sağ əli" hesab olunur.