Brent neftinin barrel qiyməti 37 dolları aşaraq 5 Yanvardan bu yana gördüyü ən yüksək səviyyəyə çıxıb.
Dünya birjalarında neftin qiyməti qalxır.
“Marja” xəbər verir ki, bu gün Brent nefti 1%-dən çox bahalaşaraq 37,04 dolları, ABŞ xam nefti də 1%-ə yaxın qalxaraq 34,23 dolları görüb.
KRİTİK QİYMƏT: 38 DOLLAR
Analitiklər ABŞ-da bu gün açıqlanacaq neft ehtiyatları və emal sənayesi indeksləri məlumatının təqib ediləcəyini bildirərək, Brent neftinin barrelinin qiyməti üçün 38 dollar səviyyəsinin əhəmiyyətli müqavimət mövqeyində olduğunu, bu səviyyənin keçilməsi vəziyyətində yüksəlişin davam edəcəyini qeyd edirlər.

Şərhlər