“Bakıda yaşayış binasında başlayan yanğının qarşısı alınıb”. Lent.az-ın anspress-ə istinadən xəbərinə görə, bu barədə Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
Hadisə zamanı Yasamal rayonunun Şərifzadə küçəsi 2 ünvanında qaçqın və məcburi köçkünlərin məskunlaşdığı yataqxana binasına bitişik tikili yanıb. Əraziyə cəlb edilən FHN-nin əməkdaşları və canlı qüvvəsi tərəfindən yanğının qarşısı alınıb.
Hadisənin baş vermə səbəbləri araşdırılır.
***
Bakıda yaşayış binasında yanğın başlayıb. Yanğın Yasamal rayonu, Şərifzadə küçəsi 2 ünvanında qaçqın və məcburi köçkünlərin məskunlaşdığı yaşayış binasında qeydə alınıb.
Fövqəladə Hallar Nazirliyindən verilən məlumata görə, yanğının qarşısının alınması üçün nazirliyin 3 yanğınsöndürən avtomobili və canlı qüvvəsi əraziyə cəlb edilib, hazırda yanğının qarşısının alınması istiqamətində işlər aparılır.
Sakinlərin binadan təxliyə edildiyi bildirilir. /anspress


Şərhlər