Çin hökuməti 2015-ci ildə 284 min müxtəlif vəzifəli məmura intizam cəzası verib.Musavat.com xəbər verir ki, bu haqda məlumatı Sinxua agentliyi Çin Komunist Partiyasının intizam komitəsinə istinadən bildirib.
Məlumata görə, məmurlardan 200 mini yüngül cəzalandırılaraq başqa vəzifəyə keçiriliblər.
82 min məmur isə daha ciddi cəzalanaraq vəzifələri kiçildirilib.
Bu komitə Çin Komunist Partiyası tərəfindən rüşvətə və başqa mənfi hallara qarşı mübarizə üçün yaradılıb.


Şərhlər