Menu

İCRA BAŞÇISININ MAŞININDA RƏQS EDƏN XANIM... - FOTO

07.03.2016, 01:07
İCRA BAŞÇISININ MAŞININDA RƏQS EDƏN XANIM... - FOTO

Qabaq oturacaqda oturan xanım açıq-saçıq hərəkətləri ilə ətrafdakıların diqqətini cəlb edib

Bir neçə gün əvvəl Mingəçevir şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramovun xidməti avtomobilinin saatda 180-lə hərəkət etdiyini əks etdirən video yayımlandı. Bu məsələ geniş əks- səda doğursa da, Dövlət Yol Polisi İdarəsi bu məsələnin üstündən sükutla keçdi.

Avtosfer.az-ın məlumatına görə, Niyazi Bayramovun xidməti avtomobili bu dəfə reportyor.org-un kamerasına tuş gəlib. Budəfəki kadrlar Bakıda - Tbilisi prospektindən Dərnəgül istiqamətinə gedən yolda çəkilib. Sayt bildirir ki, Mingəçevir şəhər icra başçısının xidməti avtomobilində, salonda qabaq oturacaqda oturan xanım açıq-saçıq hərəkətləri ilə ətrafdakıların diqqətini cəlb edib. Əl-qol hərəkətləri, ucadan oxudulan pop musiqi səsi, gülüş sədaları... Məgər AA seriyalı xidməti avtomobili belə idarə edərlər?

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol