Menu

DTX-ya RƏİS MÜAVİNİ TƏYİN OLUNDU - Yeni təyinatlar

07.03.2016, 10:17

medet quliyev mtn milli tehlukesizlik xidmeti azpolitika dovlet tehlukesizlik xidmetiDövlət Təhlükəsizliyi Xidmətində (DTX) yeni təyinatlar olub. APA-nın əldə etdiyi məlumata görə, prezident İlham Əliyevin imzaladığı sərəncamla İsmayıl Bağırov DTX-nin rəis müavini təyin edilib.

İ. Bağırov ləğv olunmuş Milli Təhlükəsizlik Nazirliyində (MTN) yüksək vəzifələrdə çalışıb, sonradan MTN-dən uzaqlaşdırılıb. Mədət Quliyev DTX rəisi təyin olunandan sonra isə təcrübəli mütəxəssis kimi yenidən xidmətə qaytarılıb.

DTX rəisi, general-leytenant Mədət Quliyevin imzaladığı müvafiq əmrlə isə Əli Şəfiyev Dövlət Təhlükəsizliyi Xidmətinin Heydər Əliyev adına Akademiyasının rəisi vəzifəsinə təyinat alıb.

Ə. Şəfiyev milli təhlükəsizlik nazirinin müavini olub.

DTX-nin bütün idarələrinə də yeni rəislər təyin olunub.

DTX-dan yeni təyinatların olduğu barədə məlumatı APA-ya təsdiqləyiblər.

Şərhlər

abbasov boyukaga ebdul 2016-03-07 10:17:56

Salam. hormetli Medet muellim sizi emircan kendinden narahat edirem bu mektubu size yazmaqda meqsedim odur ki yanvar 8 de nevemin Qasimov Eliaga Eli oglunun isle temin olunmasi ucun erize yazmisdiq sizden xahis edirem ki bu use munkun derecede komeklik edesiniz. Umudumuz sizsiz qabaqcadan minnetdaram.

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol