Menu

​Naxçıvan Dövlət Gömrük Komitəsi əməkdaşlarının maaşı artırılıb

07.03.2016, 10:50
​Naxçıvan Dövlət Gömrük Komitəsi əməkdaşlarının maaşı artırılıb

Naxçıvan Muxtar Respublikası Dövlət Gömrük Komitəsi əməkdaşlarının verilən əmək haqqı artırılıb.

“Report”un xəbərinə görə, bununla bağlı Naxçıvan Ali Məclisinin sədri Vasif Talıbov fərman imzalayıb.

Fərmanla, “Naxçıvan Muxtar Respublikasının Dövlət Gömrük Komitəsi məməkdaşlarının sosial müdafiəsinin gücləndirilməsi, gömrük işi sahəsində prosedurların sadələşdirilməsi və şəffaflığın artırılması ilə əlaqədar bəzi tədbirlər haqqında” fərmanında dəyişiklik edib.

Dəyişikliyə əsasən, gömrük sisteminin büdcədənkənar inkişaf fonduna daxil olan vəsaitin 50 faizi Dövlət Gömrük Komitəsinin xüsusi rütbəsi olan əməkdaşlarının və mülki işçilərinin aylıq vəzifə maaşlarına əlavənin verilməsi üçün istifadə olunacaq.

İndiyədək bu vəsaitin 25 faizi istifadə olunurdu.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol