Menu

Rusiya Hərbi Dəniz Donanmasının baş komandanı istefa verdi

14.03.2016, 21:15
Rusiya Hərbi Dəniz Donanmasının baş komandanı istefa verdi

Rusiya Hərbi Dəniz Donanmasının (HDD) baş komandanı, admiral Viktor Çirkov istefa ərizəsi ilə ordu rəhbərliyinə müraciət edib.

Virtualaz.org «RİA Novosti» agentliyinə istinadən xəbər verir ki, məlumat Rusiya Müdafiə Nazirliyinin Mətbuat və informasiya idarəsi təırəfindən də təsdiqlənib.

Deyildiyinə görə, V.Çirkov səhhəti ilə əlaqədar istefa verir. HDD-nin baş komandanı səlahiyyətlərini müvəqqəti olaraq RF Şimal Donanmasının komandanı Vladimir Korolyov icra edəcək.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol