Menu

Tağı Əhmədov "Sahil"dəki yanğını rəsmi geyimdə evinin eyvanından izləyib – VİDEO

12.03.2014, 18:58
Tağı Əhmədov "Sahil"dəki yanğını rəsmi geyimdə evinin eyvanından izləyib – VİDEO

Məlum olduğu kimi, bu gün Bakının Səbail rayonunda yerləşən “Sahil” Ticarət Mərkəzində güclü yanğın baş verib. Yanğınsöndürənlərin bir saatdan artıq davam edən müdaxiləsindən sonra yanğın söndürülüb.

Yanğın davam edən zaman Bakı Metropoliteninin keçmiş rəisi Tağı Əhmədov kameralara tuş gəlib. Məlum olub ki, T.Əhmədov da yanğın baş verən binada yaşayır. O, baş verənləri öz mənzilinin eyvanından izləyib.

Maraqlıdır ki, T.Əhmədov bu zaman rəsmi geyimdə - kastyum və qalstukda olub. Metropolitenin keçmiş şefinin öz evində də rəsmi geyimdə görüntülənməsi gülüşlə qarşılanıb...

)

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol