Xarici KİV-in yaydığı məlumata görə, ABŞ İraqda dəniz piyadası birləşməsi yerləşdirib. Xəbərdə deyilir ki, dəniz piyadaları burada «İslam dövləti» ilə mübarizə aparmaqda yerli təhlükəsizlik qüvvələrinə gömək edəcəklər («Exo Moskvı»).
Vaşinqton xəbər verir ki, hərbi qüvvələrinin İraqda yerləşdirilməsi üçün Bağdaddan icazə alıb.
Bu günlərdə məlum olub ki, İraqın şimalında silahlıların raket atəşləri nəticəsində bir amerikalı dəniz piyadası həlak olub, bir neçəsi isə yaralanıb.
Artıq bu, radikal islamçılarla toqquşmada həlak olan ikinci ABŞ hərbçisidir.
AzPolitika.info


Şərhlər