Menu

CİA rəhbəri Moskvada olub

28.03.2016, 20:41
CİA rəhbəri Moskvada olub

ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin direktoru John Brennan martın əvvəllərində Moskvada olub.

Səfər zamanı Suriyadakı vəziyyət, atəşkəsə əməl edilməsi məsələsi müzakirə olunub.

Bu barədə martın 28-də Rusiyanın informasiya agentlikləri ABŞ-ın Moskvadakı səfiri William Stevenə istinadla xəbər verirlər.

Berennan Suriyada siyasi dəyişiklik naminə prezidenti Bashar Assadın getməsinin vacibliyi ilə bağlı ABŞ-ın mövqeini çatdırıb.

Amma Kremlin sözçüsü Dimitri Peskov son vaxtlar Kremildə belə bir görüş keçirilmədiyini bildirib.

AzadlıqRadiosu rus xidmətinin məlumatına görə, Qərbin informasiya agentlikləri də bu barədə Rusiya KİV-lərinə istinadla xəbər yayıblar.  /Azadlıq radiosu

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol