Azərbaycanda sığorta şirkətlərinin fəaliyyətində qanunsuzluqlar, müştərilərin aldadılması faktları kifayət qədər çox olsa da, bununla bağlı müvafiq tədbirlər görülmür. Maliyyə Nazirliyinin Dövlət Sığorta Nəzarəti Xidməti əksər hallarda bu şikayətləri görməzdən gələrək, sığorta şirkətlərini himayə edir. Bunu təmənnalı edib-etmədiyini söyləmək çətindir. Ancaq Azərbaycanda sığorta şirkətlərinin arxasında iri oliqarxların dayandığı hər kəsə məlumdur. Dövlət Sığorta Nəzarəti Xidməti də, şikayətlərə laqeyd münasibət göstərməklə, bir növ onların maraqlarını qorumuş olur. Təsadüfi deyil ki, Prezident İlham Əliyevin vətəndaşların qanuni maraqlarını qorumaq, şikayətlərə operativ və ədalətlə yanaşmaq barədə tələbləri də, bir çox hallarda təsirsiz qalır. Məmurlar öz bildiklərini etməkdə, vətəndaşları incitməkdə və onların şikayətlərini qulaqardına vurmaqda davam edirlər. 

Elə Bakı şəhəri Sabunçu rayonu, Bakıxanov qəsəbəsində yaşayan Məmmədəliyeva Esmira Səhrəd qızı da onun şikayətinə Maliyyə Nazirliyinin Dövlət Sığorta Nəzarəti Xidməti tərəfindən laqeyd yanaşılmasından şikayətlənir.

Qeyd edək ki, Esmira Məmmədəliyevanın şikayəti “Atəşgah” Sığorta Şirkətindəndir. O, təxminən 3 aydır ki, “Atəşgah” Sığorta Şirkətindən qanuni sığortasını ala bilmir. Bununla bağlı Esmira Məmmədəliyevanın “AzPolitika”da yayımlanan

Cənab Prezident, “Atəşgah” Sığorta şirkətinin əməkdaşlarının qanunsuz hərəkətləri barədə Sizə 09.12.2015-ci il tarixdə ərizə ilə müraciət etmişdim. Müraciətim həmin vaxt aidiyyatı üzrə tədbir görülməsi üçün Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Dövlət Sığorta Nəzarəti  Xidmətinə göndərilsə də, Nazirlik tərəfindən heç bir tədbir görülmədi. Hətta müraciətimə rəsmi cavab da yazılmadı. Sığorta haqqında qanunun tələblərinə əsasən, maşınını və ya əmlakını sığortaladan insanlar hadisə baş verərkən itirdiklərini müqavilədə nəzərdə tutulmuş qaydada, məbləğdə almalıdır. “Atəşgah” Sığorta şirkəti isə üzərinə düşən vəzifəni yerinə yetirmir və qanunvericiliyin tələblərini pozur. Dövlət orqanları isə belə Sığorta şirkətləri barəsində heç bir ölçü götürmür və heç bir tədbir görmürlər. Nəticədə isə vətəndaşın hüquqları pozulur və Sığorta şirkətləri tərəfindən süründürməçilik hallarının artması baş verir.

Hörmətli Prezident, müraciətimin tam araşdırılması və yol-nəqliyyat hadisəsi zamanı avtomobilimə dəymış zərərin “Lexus” MMC tərəfindən tərtib edilmiş 05.12.2015-ci il tarixli 0315 saylı Qüsur aktına əsasən, ödənilməsinə göstəriş verməyinizi xahiş edirəm.

Əvvəlcədən öz minnətdarlığımı bildirirəm".

Esmira Məmmədəliyeva məktubuna “Lexus Bakı” MMC-nin, Toyota Bakı Mərkəzinin,“ŞƏRQMOTORS”

MMC-nin və “İnter Kontinental” avtomobillərə texniki xidmət stansiyasının tərtib etdiyi Qüsur Aktlarını da əlavə edib. Onların fotosurətləri aşağıda verilib.

Qeyd edək ki,  Maliyyə Nazirliyinin Dövlət Sığorta nəzarəti  Xidmətinin (DSNX) rəisi Namiq Xəlilovdur. 

P.S. "Atəşgah" Sığorta Şirkətinin və Maliyyə Nazirliyinin Dövlət Sığorta Nəzarəti Xidmətinin də mövqeyini dərc etməyə hazırıq.

image-07-03-16-02-53-8

image-07-03-16-02-53-2

image-07-03-16-02-53