Menu

İspaniyada ermənilərin anti-Azərbaycan aksiyasına icazə vermədilər

10.04.2016, 13:25
İspaniyada ermənilərin anti-Azərbaycan aksiyasına icazə vermədilər

Madriddə yaşayan ermənilər Azərbaycanın oradakı səfirliyi qarşısında etiraz mitinqi keçirmək istəyiblər. Amma bunun üçün yerli hakimiyyət orqanlarından icazə ala bilməyiblər.

Virtualaz.org Sputnik Armeniya-ya istinadən bildirir ki, aksiyaları yalnız Valensiya və Alikante şəhərlərində keçirmək mümkün olub. Ancaq həmin aksiyalara gözlənildiyindən xeyli az adam qatılıb.

Hakimiyyət orqanlarından aksiyaya icazə verilməməsini ermənilərə elə tədbirlərdə asayişi təmin etmək üçün kifayət qədər qüvvələrinin olmaması ilə izah ediblər. Bildiriblər ki, həm də kütləvi aksiyalar zamanı teraktların baş verə biləcəyindən ehtiyatlanır və bu cür məsuliyyətin altına girmək istəmirlər.

Xatırladaq ki, hazırda İspaniyada 55 min erməni yaşayır və onlar əsasən Madrid, Barselona, Seviliya, Valensiya və Alikante şəhərlərində məskunlaşıblar.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol