Bu gün mətbuatda İmişli Rayon İcra Hakimiyyətinin (RİH) başçısı Vilyam Hacıyevin oğlu Məhəmməd Hacıyevin milyonluq maşın kolleksiyasının fotoları yayılıb. Prokurorluq orqanında çalışan oğul Hacıyev bahalı həyat tərzini xoşladığı qeyd olunub. Gundelik-baku.com-un məlumatında onun vaxtının böyük hissəsini özü kimi imkanlı dostları ilə birlikdə şəhərin elit məkanlarında keçirdiyi və davaya meylli olduğu iddia edilib.
Hətta Bakının ən məşhur restoranlarından biri olan «Şirvanşah» restoranında ofsiantları döydüyü bildirilib."Ofsiantı təhqirlə çağırdığı üçün qalmaqal düşüb. Məsələyə restoran rəhbərliyi qarışsa da, icra başçısının oğlu və iki dostu restoranın işçisini əzişdirməyi bacarıblar» deyə məlumatda iddia olunur.

Məlumatda Vilyam Hacıyevinə oğlunun Teymur Əliyev küçəsindəki 25 milyonluq villada yaşadığı da qeyd olunur.




Şərhlər