Qarşılaşma Bakı vaxtı ilə saat 22:45-də başlayacaq.
Bu gün futbol üzrə Avropa Liqasının 2015/2016 mövsümünün qalibi müəyyənləşəcək. ANS PRESS-in məlumatına görə, həlledici görüşdə İngiltərənin "Liverpul" və İspaniyanın "Sevilya" klubları üz-üzə gələcək. İspan klubunun baş məşqçisi Unai Emeri ardıcıl olaraq 3-cü dəfə turnirin qalibi ola bilər.
"Turnirin adı Avropa Liqası olandan sonra “Liverpul”un bu yarışda heç bir uğuru olmayıb".
İndiyədək dörd dəfə Avropa Liqasının kubokunu qazanan “Sevilya” həm də turnirin son qalibidir. "Sevilya" Avropa Liqasında daha təcrübəli komanda sayılır. “Əndəluslular” bu vaxta qədər 4 dəfə turnirin kubokunu başları üzərinə qaldırıblar. Turnirin adı Avropa Liqası olandan sonra “Liverpul”un bu yarışda heç bir uğuru olmayıb. Lakin “mersisaydlılar” sabiq UEFA Kubokunun 3 dəfə qalibi olublar. Komanda sonuncu dəfə qızıl medalları 2000-2001 mövsümündə əldə edib.
Həmin vaxt da “Liverpul”un finaldakı rəqibi İspaniya təmsilçisi olub. “Alaves” ilə qarşılaşan “qırmızılar” matçın əlavə vaxtında vurulan “Qızıl qol”un hesabına 5:4 hesablı qələbə qazanıblar. Almaniyalı mütəxəssis Yurqen Klop “Liverpul”a gələrək komandanın qələbə ruhunu yüksəldib. “Qırmızılar” İngiltərə çempionatında zəif çıxış edərək Çempionlar Liqasına vəsiqə qazana bilməyiblər. Lakin bu axşam “Sevilya”nı məğlub edə bilsələr, ingilislər Avropanın 1 nömrəli futbol turnirinə çıxışını təmin dəcəklər. Lakin "Sevilya" da Çempionlar Liqasına vəsiqə qazana bilməyib. Unai Emerinin komandası "Liverpul"un arzusunu ürəyində qoya bilər.
Bazeldə "Sankt-Yakob Park"da keçiriləcək qarşılaşma Bakı vaxtı ilə saat 22:45-də başlayacaq.
22:45. “Liverpul” (İngiltərə) - “Sevilya” (İspaniya)
Hakimlər: Yonas Eriksson, Matias Klasenius, Daniel Varnmark (hamısı İsveç), Sveyn Oddvar Moen (Norveç)
Əlavə hakim köməkçiləri: Stefan Yohannesson, Markus Stremberqsson (hər ikisi İsveç)

Şərhlər