ABŞ Vyetnam müharibəsindən 40 il sonra ilk dəfə bu ölkədə hərbi qüvvələrini yerləşdirə bilər. Axar.az xəbər verir ki, bu məqsədlə artıq iki ölkə arasında danışıqlar başlanıb. Razılıq əldə olunarsa, ilkin mərhələdə ABŞ hərbi texnikası Vyetnama gətiriləcək.
ABŞ hərbi texnikasının Da Nanq şəhərində yerləşdiriləcəyi gözlənilir. Bu şəhərin seçilməsinin simvolik səbəbləri var. 1965-ci ildə ABŞ ordusunun ilk hərbi birləşmələri məhz bu şəhərə gəlib.
Qeyd edək ki, ABŞ-Vyetnam yaxınlaşması Çinin tənqidlərinə səbəb olub. Rəsmi Pekin Vaşinqtonu bölgədə gərginliyi artırmaqda ittiham edir.


Şərhlər