Menu

PKK-nın daha 42 silahlısı təhlükəsizlik qüvvələrinə təslim olub

26.05.2016, 15:52
PKK-nın daha 42 silahlısı təhlükəsizlik qüvvələrinə təslim olub

Türkiyənin Mardin əyalətinin Nusaybin bölgəsində terrorçu PKK qruplaşmasının 10-u qadın olmaqla 42 silahlısı təhlükəsizlik qüvvələrinə təslim olub.

"Report" Türkiyə KİV-inə istinadən xəbər verir ki, mayın 26-da təslim olan terrorçular arasında yaralılar da var.

Xəbərdə bildirilib ki, Nusaybində antiterror əməliyyatı bu ilin martın 14-dən başlayıb. Həmin tarixdən indiyə qədər bölgədə 437 terrorçu öldürülüb, 400 barrikada yığışdırılıb, 35 xəndək doldurulub, 1024 əldə qayırma partlayıcı aşkarlanaraq məhv edilib.

Qeyd edək ki, mayın 25-də 26 terrorçu təhlükəsizlik qüvvələrinə təslim olmuşdu.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol