Menu

"Çin-Azərbaycan münasibətlərinə böyük diqqət yetirirəm" - Çin prezidenti

28.05.2016, 14:58
"Çin-Azərbaycan münasibətlərinə böyük diqqət yetirirəm" - Çin prezidenti

Çin Xalq Respublikasının sədri (prezident) Si Cinpin Azərbaycan Prezidenti İlham Əliyevə məktub göndərib.

"Report" xəbər verir ki, məktubda deyilir

"Hörmətli cənab Prezident.

Milli bayramınız - Respublika Günü münasibətilə Zati-alinizə və Sizin şəxsinizdə dost Azərbaycan xalqına və Hökumətinə Çin xalqı və Hökuməti adından, şəxsən öz adımdan səmimi təbriklərimi və ən xoş arzularımı çatdırıram.

Mən Çin-Azərbaycan münasibətlərinə böyük diqqət yetirirəm. Əminəm ki, ölkələrimizin və xalqlarımızın gələcək rifahı naminə birgə səylərimiz Çin-Azərbaycan münasibətlərinin daha da genişlənməsinə töhfə verəcək.

Zati-aliləri, Sizə möhkəm cansağlığı, fəaliyyətinizdə uğurlar, ölkənizə qüdrət və tərəqqi, xalqınıza xoşbəxtlik və sülh arzulayıram".

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol