Menu

PKK Hakkaridə - 2 nəfər ölüb, 1 nəfər yaralanıb

09.06.2016, 18:05

pkk_270915PKK terrorçuları Türkiyənin Hakkari vilayətində kənd qoruyucularını daşıyan avtomobili avtomat silahlardan atəşə tutublar.

"Report" Türkiyə KİV-inə istinadən xəbər verir ki, hadisə Şəmdinli rayonundan 13 km məsafədə yerləşən Üzümqıran kəndində baş verib.

Nəticədə 2 nəfər həlak olub, 1 nəfər yaralanıb. Yaralı qoruyucu Şəmdinli Dövlət Xəstəxanasına qaldırılıb.

Türkiyə təhlükəsizlik qüvvələri PKK terrorçularının zərərsizləşdirilməsi üçün bölgədə əməliyyata başlayıblar.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol