Menu

Qazaxıstanda xüsusi əməliyyat – VİDEO

10.06.2016, 11:51
Qazaxıstanda xüsusi əməliyyat – VİDEO

Qazaxıstanın Aktobe şəhərində bazar günü törədilən terror aktlarından sonra axtarılan 5 ekstremistdən ibarət qrup zərərsizləşdirilib.

Oxu.az bu barədə İnterfaks-a istinadən xəbər verir ki, bu barədə ölkənin Milli Təhlükəsizlik Komitəsinin mətbuat xidməti məlumat yayıb.

“Qazaxıstanın terror əleyhinə mərkəz Aktyubinsk vilayətinin əməliyyat terror əleyhinə mübarizə qərargahının qüvvələri ilə axtarılan cinayətkarların zərərsizləşdirildiklərini bildirir”, - məlumatda deyilir.

Məlumata görə, terroçuların Nekrasov küçəsində yerləşən mənzildə olduqları müəyyənləşdirilib. MTK və DİN xüsusi təyinatlı dəstələri yaşayış evini mühasirəyə alıblar və terrorçuların olduğu mənzili blok ediblər.

“Danışıqlar zamanı terrorçular könüllü şəkildə təslim olmaqdan imtina ediblər və atəş açıblar. Silahı təhvil vermək barədə təkliflər də nəticə verməyib. Xüsusi təyinatlı dəstələrin keçirdiyi əməliyyat nəticəsində mənzildə olan dörd terrorçu məhv edilib”, - məlumatda deyilir.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol