Menu

Dünyanın silah bazarı rekord vurur!

14.06.2016, 12:52
Dünyanın silah bazarı rekord vurur!

AzPolitika.info xarici KİV-ə istinadla xəbər verir ki, ABŞ-ın «İHS» şirkətinin yaydığı məlumata görə, dünyanın silah bazarı rekord vurur.

Şirkətin məlumatına görə, silah bazarındakı bu yüksəliş Səudiyyə Ərəbistanının satınalmaları hesabına baş verib. Bu ölkənin silah-sursata yüksək marağı Yəməndəki münaqişə ilə izah olunur. Məlumdur ki, bu münaqişənin gedişində Ər-Riyad antiterror koalisiyasına başçılıq edir.

Ötən il silah satışının həcmi 65 milyard dollar həddində qiymətləndirilib. Bundan bir il əvvəl isə bu rəqəm 10,0 faiz az olub.

«Bloomberg» xəbər verir ki, bazara yüksək maraq Yaxın Şərqdə və Cənub-Şərqi Asiyada müşahidə olunur. Silah satınalmalarında ikinci yeri Hindistan, 3-cü yeri isə Avstraliya tutur. 2015-ci ildə Misir və Cənubi Koreya da digər dövlətlərdən çox silah alıb.

Silah ixracı məsələsində ABŞ liderlik edir. Bu ölkə ötən il 23 milyard dollarlıq silah-sursat satıb. İkinci yerdə xeyli geriləmə ilə Rusiya dayanır. Bu ölkənin silah-sursat ixracının həcmi 8 milyard dollar təşkil edib. Bununla belə, ekspertlar hesab edirlər ki, İranla ticarət hesabına Moskva tezliklə bazarda öz iştirakını aptıra bilər.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol