Menu

Qazaxıstanda baş verən atışmanın təfərrüatları açıqlanıb

19.06.2016, 19:28
Qazaxıstanda baş verən atışmanın təfərrüatları açıqlanıb

Qazaxıstan polisi bu gün Taraz şəhərində polislə atışmada yaralanan şəhər sakininin kriminal keçmişə malik olduğunu, dini ekstremist qrup üzvü olmadığını açıqlayıb.

APA-nın “Novosti-Kazaxstan” agentliyinə istinadən verdiyi məlumata görə, bu gün yerli vaxtla saat 16.30 radələrində əməliyyat-profilaktik tədbir çərçivəsində aparılan yoxlama zamanı polis üzərində bıçaq olan bir həxsi yoxlayıb.

Bu zaman həmin naməlum şəxs polisə atəş açıb və polis əməkdaşı yaralanıb. Həmin şəxs saxlanılıb, polis isə xəstəxanaya yerləşdirilib. Hazırda hadisənin digər iştirakçılarının müəyyənləşdirilməsi üçün əməliyyat-axtarış tədbirləri keçirilir.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol