5 ildən sonra neftin qiyməti kəskin ucuzlaşacaq

Türkiyənin «Sabah» qəzeti yaxın 5 ildə dünyada neftin qiymətinin əhəmiyyətli dərəcədə aşağı düşəcəyini yazır. Azadlıq.info-nun məlumatına görə qəzetdə belə bir proqnozla dünyadakı xammal bazarını təhlil edən Citigroup-un eksperti Edvard Mors çıxış edib. Onun sözlərinə görə, hasil olunan neft həcmlərinin artması bir barrelə görə qiyməti 75 dollara salacaq: "Son beş ilin qiymətləndirməsinə görə, bəlli neft ehtiyatlarına 1 trln barrel həcmində neft təklifləri də əlavə olunub. Bu da 30 illiyə ktfayət edəcək neft ehtiyatlarını əhəmiyyətli dərəcədə artıracaq. Yaxın 5 ildə ABŞ neft ixracatçısına çevriləcək. Yeni kəşf olunan ehtiyatlar ilk növbədə Rusiyaya neqativ təsir edəcək. Çünki bu ölkənin ixracının 70 faizini neft və qaz təşkil edir. Dövlət büdcəsinin gəlirlərinin 50 faizini də neft-qaz satışından gələn gəlirlər təşkil edir. Gündə 7 mln barrel neft satan Rusiya bu göstəriciyə görə yalnız Səudiyyə Ərəbistanından geri qalır. Rusiya neftinin 60 faizi Sibirin payına düşür. Ona görə də neftin qiymətinin 100 dollardan 75 dollara düşməsi ölkənin gəlirlərini əhəmiyyətli dərəcədə aşağı salacaq.

Rusiya qazının 75%-i Avropaya satılır. Lakin artıq Avstriliya, Braziliya, CAR və Argetinada yeni qaz ehtiyatlrı aşkarlanıb. ABŞ-da isə qaz ixrac etmək məqsədi ilə yeni terminallar tikilir. Belə bir şəraitdə Rusiyanın enegi monopoliyasına son qoyulacaq. Avropa digər mənbələrdən qaz ala biləcək.

Türkiyə isə enerji xammalına ildə 60 mlrd dollar xərcləyir. Deməli xərclərin 25 faiz azalması ölkənin əlavə vəsaitlər əldə etməsinə səbəb olacaq. Bu da Türkiyə üçün yaxşı xəbərdir".

Qeyd edək ki, Türkiyə üçün yaxşı olan bu xəbər Azərbaycan üçün sözün həqiqi mənasında dəhşətlidir. Büdcənin 70 faizə yaxının neft gəlirlərindən formalaşdığını nəzərə alsaq, xam neftin qiymətinin kəskin aşağı düşməsinin Azərbaycanda necə bir iqtisadi böhrana səbəb ola biləcəyini təsəvvür etmək çətin deyil.

Vaqif

AzPolitika.info