Bu gün də, Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən keçirilmiş hərraca çıxardılmış Dollar, tamamilə kommersiya bankları tərəfindən alınıb.
Bank sektorundan "Marja"ya verilən məlumata görə, 01 İyul 2016-cı il tarixi üçün rəsmi USD/AZN məzənnəsinin 1.5425 səviyyəsi ətrafında olacağı gözlənilir.
Bu gün Mərkəzi Bank rəsmi USD/AZN məzənnəsini 1.5394 olaraq açıqlayıb.
Bir qədər sonra Dövlət Neft Fondu (ARDNF) tərəfindən hərraca nə qədər vəsait çıxardıldığı və neçə banka satıldığı məlum olacaqdır.
Digər bir məlumta görə, Azərbaycan Dövlət Neft Fondu (ARDNF) hərracda 50 mln. ABŞ dollarını satışa çıxarıb, lakin real tələbat isə iyunun 28-də olduğu kimi yenə də 500 mln dolları üstələyib.

Şərhlər