Menu

AVRO-2016: Son yarımfinalçı Fransa millisi oldu - VİDEO

04.07.2016, 01:02

avro2016Bununla da son yarımfinalçı müəyyənləşib

AVRO-2016-da 1/4 final mərhələsinə yekun vurulub. "Report" xəbər verir ki, Fransa yığması ilə İslandiya komandası arasındakı matçda son yarımfinalçı müəyyənləşib.

Gərgin və maraqlı keçən oyunda Fransa yığması İslandiya seçməsinə 5:2 hesabı ilə qalib gəlib.

Qollar: Olivye Jiru, 12, 59, Pol Poqba, 20, Dimitri Payet, 43, Antuan Qrizmann, 45 - Kolbeynn Siqtorsson, 56, Birkir Byarnason, 84

Baş hakim: Byörn Kuypers Yan xətt hakimləri: Sander van Rökel, Ervin Zeynstra Əlavə köməkçi hakimlər: Pol van Bökel, Rixard Lisveld (hamısı Hollandiya) Dördüncü hakim: Milorad Majiç Ehtiyat köməkçi hakim: Milovan Ristiç (hər ikisi Serbiya) Hakim inspektor: Pyerluici Kollina (İtaliya) UEFA nümayəndəsi: Yanis Mejekis (Latviya)

Bununla da Fransa ½ final mərhələsinə vəsiqə qazanıb. İslandiya seçməsinə qalib gəlmiş komanda yarımfinal matçında Almaniya yığması ilə üz-üzə gələcək. Matç iyulun 7-də, Marsel şəhərində baş tutacaq.

Yarımfinalın digər oyununda Uels ilə Portuqaliya yığmaları üz-üzə gələcək. Oyun iyulun 6-da, Lion şəhərində baş tutacaq.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol