Menu

Cəbhə xəttində dəhşət: Mina patrtladı, 3 hərbçimiz həlak oldu

08.04.2014, 10:17
Cəbhə xəttində dəhşət: Mina patrtladı, 3 hərbçimiz həlak oldu

Azərbaycan və Ermənistan qoşunlarının təmas xəttində faciəli hadisə baş verib. APA-nın məlumatına görə, hadisə cəbhənin Füzuli istiqamətində qeydə alınıb.

Səngər bərkitmə işləri apararkən minanın partlaması nəticəsində Azərbaycan Ordusunun hərbçiləri - əsgərlər Novruz Abdullayev, Seyfəddin Kərimov və kapitan Ceyhun Orucəliyev həlak olub.

Hadisə nəticəsində Azərbaycan Ordusunun əsgərləri Bəhruz Musayev, Sadiq Cəbrayılov, Emin Talıbov və Azər İsgəndərzadə müxtəlif dərəcəli xəsarətlər alıblar. Yaralı əsgərlər hospitala yerləşdirilib.

Hadisə zamanı dünyasını dəyişən Azərbaycan Ordusunun zabiti, kapitan Ceyhun Orucəliyev Naxçıvan, əsgərlər Novruz Abdullayevin Bakı, Seyfəddin Kərimovun isə Gəncənin Kəpəz rayonundan hərbi xidmətə çağırıldığı məlum olub.

 

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol