Sultan çarla dilxoşluq edir! Rəcəb Ərdoğan və Vladimir Putin yenidən dost olublar. Onlar əməkdaşılıq edəcəklər. Ancaq onlar Suriya siyasətində razılığa gələ biləcəklərmi?
Çoxları Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın 2015-ci ilin noyabrında Rusiya bombardmançı təyyarəsinin vurulmasına görə, təəssüf hissi keçirdiyi barəsində prezident Putinə göndərdiyi məktubu təəccüblə qarşılayıb. Məktubun göndərilməsindən bir gün sonra, İŞİD terror təşkilatının ekstremistləri İstambulun Atatürk aeroportunda, ən azından 45 nəfəri ödürdülər.
Rusiya ilə əlaqələrin normallaşması, Türkiyə hakimiyyəti üçün birdən-birə hədsiz dərəcədə mühüm olub. Keçən həftə Ərdoğan və Putin telefon danışıqları aparıblar, sonra isə xarici işlər nazirləri Sergey Lavrov və Mövlud Çavuşoğlu Soşidə görüşüblər. Bu diplomatik fəallıq nəticəsində iki ölkə, xüsusilə son yarım ildə gərgin olan münasibətlərin normallaşmasını qərara alıblar.
Nə vaxtsa qüdrətli Osmanlı İmperiyasının bir hissəsi olmuş indiki Türkiyəni idarə edən Ərdoğanın əlində o dərəcədə hakimiyyət var ki, əksəriyyət onu keçmiş sultanlarla müqayisə edir. Putin isə vaxtilə böyük çar imperiyası olmuş Rusiyaya rəhbərlik edir. Ərdoğan kimi onun da əlində geniş hakimiyyət cəmləşdiyi üçün, Putinin adını çar titutulu ilə bərabər tuturlar.
Onlar, həmçinin öz ölkələrində terrorizmə qarşı mübarizə aparırlar, lakin kimin terrorçu olması məsələsi bu iki rəhbər üçün çox geniş və ətraflı bir məna daşıyır. Ərdoğan və Putin üçün terrorizm separatizm deməkdir. Türkiyədə biz bunu kürd millətçiliyinə münasibətdə də görürük.
Rusiya və Türkiyə arasındakı münasibətlərdə istiləşmə Suriya böhranı ilə sıx bağlıdır. Tərəflərin heç biri böhranın davam etməsində istəkli deyillər, amma problem ondadır ki, onların burada tamamilə fərqli maraqları var. Rusiya Bəşər Əsədi dəstəkləyir, Ərdoğan isə, hələ Suriyada 2011-ci ildə başlamış ilk iğtişaşlar zamanı, müxalifətə güzəştə getmədiyinə görə, Dəməşq diktatoruna qarşı arxa çevirmişdi. Türkiyə Əsədə qarşı mübarizədə müxalfətdə dayanan qrupların bir hissəsini və İŞİD-i müdafiə edib. Bu Rusiya təyyarələrinin, Suriya ordusunun, İran İnqilab Keşikçilərinin və şiə islam qrupu olan Hezbollahın birlikdə bombaladıqları həmin qruplardır.
Ancaq başlıca problem bundan ibarət deyil. Türkiyə hesab edir ki, o, praktik olaraq, yaraqlı Suriya-kürd təşkilatı olan və separatçı PKK ilə əməkdaşlıq edən PYD ilə müharibə aparır. Türkiyə üçün PKK yaraqlıları, onların silah qardaşları PYD kimi terrorçudurlar. Əgər bu məlumdursa ki, PYD Bəşər Əsədi dəstəkləyir və ondan silah alır, onda Rusiya ilə Türkiyənin Suriyada yan-yana necə əməkdaşlıq edəcəyini başa düşmək çox çətindir.
Lakin Türkiyə ilə Rusiya arasında koordinasiya yarada biləcək kompromis imkanları da mövcuddur. İstanbul aeroportundakı terror aktından sonra, Türkiyə kimin – İŞİD və ya PKK-nın əsas düşmən olmasını qərara almalıdır. İŞİD əsas etibarı ilə mülki hədəflərə hücum edir və Türkiyə iqtisadiyyatına kürd separatçılarına nisbətən, daha böyük zərbə vurur. İlk növbədə isə bu turizmə aiddir. 2014-cü ildən sonra turizm sektoru 40% geriləyib. İŞİD ruslar və türklərin ümumi düşmənidir. Bu hər iki tərəf üçün danışıqların başlanğıc nöqtəsi olmalıdır.
Ərdoğan üçün təsəlli, son zamanlar Rusiyanın Bəşər Əsədə qarşı münasibətdə müəyyən dözümsüzlük əlamətləri göstərməsi ola bilər. Yəqin ki, prezident Putin İŞİD-ə qarşı mübarizədə ABŞ-la sıx əməkdaşlıq etmək istəyir. Digər tərəfindən Putin də özünə təskinlik verə bilər ki, Türkiyə digər ölkələrdən Suriyaya axışan döyüşçülərin qarşısını almaq üçün hər şey edir.
Həmçinin PYD məsələsində də kiçik bir ümid var. Olduqca paradoksaldır ki, həm ABŞ, həm də Əsəd PYD-ni müdafiə edirlər, lakin son dövrlərdə amerikanlar aktiv deyillər və digər yandan isə onlar bu qruplaşmanın “İŞİD xilafətinin paytaxtı” Rakkanı ala biləcək qədər güclü olmadığı qənaətindədirlər. PYD-nin Suriyadakı vətəndaş müharibəsində daha az əhəmiyyətli rol oynaması, Türkiyə ilə Rusiyanın razılıq əldə etməsini yüngülləşdirə bilər. Belə bir razılığa gəlinməsi, təbii ki, Suriyadakı vəziyyətə əhəmiyyətli dərəcədə təsir göstərəcək.
O ki qaldı iqtisadiyyat və ticarətə, bu sahələr hər iki ölkə üçün gəlirli perspektivlər deməkdir. Keçən ilin noyabr ayında Rusiyanın bombardmançı təyyarəsi vurulduqdan sonra, Moskva Türkiyəyə turist səyahətlərinə məhdudiyyətlər gətirdi və türk ərzaq məhsullarının idxal edilməsinə qadağalar qoydu. İndi rusiyalılara öz tətillərini Türkiyədə keçirməyə icazə verilib, idxal olunan məhsulların üzərindən isə sanksiyalar götürülüb. Hazırda turizm sektorunda canlanma gözlənilir. Amma öz tətilini Türkiyədə keçirməyi planlaşdıran rusiyalı turistlər, bu ölkəyə getmək üçün İŞİD qorxusu qarşısında iki dəfə düşünməli olacaqlar.
Baxaq görək, İŞİD qarşısındakı ümumi qorxu Sultan və Çarın mövqelərini nə qədər yaxınlaşdıracaq.
(“Dagbladet” - Norveç)

Şərhlər