Beynəlxalq Valyuta Fondunun «Dünya İqtisadiyyatına Baxış 2014» (World Economic Outlook-2014) adlı hesabatı açıqlanıb.
Hesabatda dünya ölkələrinin və regionlarının iqtisadi inkişafı və bu inkişafın perspektivləri araşdırılıb.
BFV-nin hesabatında Müstəqil Dövlətlər Birliyinə (MDB) və bu birliyə daxil olan ölkələrə xüsusi fəsil ayrılıb.
Sənəddə bildirilir ki, siyasi gərginliklər və siyasi qeyri-müəyyənlik bu ölkələrdəki iqtisadi artım göstəricilərində dərin iz buraxıb.
Hesabatın proqnozuna görə, yaxın gələcəkdə MDB-nin Avropa hissəsində iqtisadiyyatlar zəif olaraq qalacaq. Bu ilk növbədə Rusiya, Ukrayna və Belarusa aiddir.
Hesabata görə, Cənubi Qafqazda – Ermənistan və Gürcüstanda iqtisadiyyatın müəyyən dirçəlişi gözlənilir.
Proqnozlara görə, Gürcüstanda inflyasiya 2015-ci il üçün göstərilmiş hədəf civarında – 5 faiz həddində olacaq.
Azərbaycanda Ümumi Daxili Məhsulun artım tempi 2013-cü ildən bəri azalmaqda davam edir. Artım 2013-cü ildə 5.8 faiz idisə, hazırda 5 faizdir. 2015-ci ildə 4.6 faizə enəcəyi ehtimal olunur.
ÜDM göstəriciləri Gürcüstanda dəyişməz olaraq qalacaq, lakin Ermənistanda bu rəqəmin artacağı proqnozlaşdırılıb.
Halbuki Azərbaycan sırf enerji ixracatçısı, Gürcüstan isə sırf enerji idxalçısı qruplarına aid edilir.

Şərhlər