Türkiyədə bir neçə yüksək rütbəli şəxs girov götürülüb.
"AzPolitika" "Milliyət"ə istinadən xəbər verir ki, Ankaranın Qazan mahalında olan 4-cü Ordu Komandirliyinə gedərək təyyarələrin qalxmasına mane olmaq istəyən vətəndaşların üzərinə vətən xaini qiyamçı əsgərlər atəş açıblar. Son dəqiqə hadisədə Qazan Bələdiyyə Başçısı Loğman Ertürk, açılan atəşlə 6 adamın öldüyünü 55 adamın da yaralı olduğunu, təyyarələrin durmasına mane olmaq məqsədiylə bütün imkanların səfərbər edilərək elektrikin kəsildiyini bildirib.
Xatırladaq ki, verilən ən son məlumatlara görə, hazırda bir neçə yüksək rütbəli şəxslər qiyamçılar tərəfindən girov götürülüb, onlar haqda heç bir məlumat yoxdur. Türkiyə hökuməti təhlükənin davam etdiyi üçün, xalqı meydanlarda qalmağa çağırıb.


Şərhlər