Menu

Nəbatat Bağının direktoru vəzifəsindən azad olunub

09.04.2014, 17:19
Nəbatat Bağının direktoru vəzifəsindən azad olunub

Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Mərkəzi Nəbatat Bağının rəhbərliyində dəyişiklik edilib.

AMEA Rəyasət Heyətindən APA-ya verilən xəbərə görə, müəssisənin direktoru, AMEA-nın müxbir üzvü Oruc İbadlı səhhəti ilə əlaqədar ərizəsi nəzərə alınaraq tutduğu vəzifəsindən azad olunub.

Rəyasət Heyətinin qərarı ilə Mərkəzi Nəbatat Bağının direktoru vəzifəsinin icrası AMEA Botanika İnstitutunun rəhbəri, biologiya üzrə elmlər doktoru Validə Əlizadəyə həvalə edilib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol