Menu

Türkiyədə çevriliş təhlükəsi qalır - Ölü sayının artacağı istisna edilmir

16.07.2016, 22:07
Türkiyədə çevriliş təhlükəsi qalır - Ölü sayının artacağı istisna edilmir

Ötən gecə uğursuz dövlət çevrilişi edilmiş Türkiyədə təhlükə hələ bitməyib.

ANS TV-nin Türkiyə nümayəndəsinin məlumatına görə, bu barədə Türkiyə prezident adminstrasiyasının rəsmi məlumatında bildirilib. Türkiyə hökuməti bildirib ki, ölkəyə xain hücumlar ola bilər.

Dövlət çevarilişi cəhdinin 24-cü saatına Türkiyə 161 şəhdi verib. Ölü sayının artacağı istisna edilmir, çünki 1540 nəfrə yaralı var. Bunların 350-yə yaxını ağır vəziyyətdədir.

Hadisə nəticəsində 2900 nəfər həbs edilib. 2745 nəfər hakim və prokuror işdən azad edilib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol