Tanınmış jurnalist Məhəmmədəli Qəribli "Pejo"nun Bakı satış mərkəzini və "Azərsu" rəhbəri Qorxmaz Hüseynovu məhkəməyə verəcək. Buna səbəb, dünən gecəki yağışdan sonra jurnalistin evini su basması zamanı "Azərsu"nun fəaliyyətsizliyidir. "Pejo"nun satış mərkəzi isə kollektorun üzərində tikildiyi üçün məhkəməyə veriləcək.
M.Qəribli bununla bağlı sosial şəbəkədə bunları yazıb:
"Misli görünməmiş özbaşınalıq coxlu sayda vətəndaşa böyük məbləğdə ziyana salıb. Bunu təbiətin üstünə atmaq lazım deyil. Yağan yağış mənim damımdan evimə damsaydı deyərdim ki, heç kimin günahı yoxdur, ancaq burada məsələ bir az başqa cürdü.

Bu hadisə "Azərsu" nun nəzarət etməli olduğu KOLLEKTORUN işlək vəziyyətdə olmaması səbəbindən baş verib. Əsasən şəhərin yağış və digər qrunt sularının axıdıldığı kollektorun dərinliyi 5 metr olur. Bu dərinlik məhz dünən baş verən oxşar hadisələrdən sığortalanmaq üçündür. İndi görün, bizim səlahiyyət sahibləri nə edib? Babək prospektində tikilən "PEJO" avtomobil satışı mərkəzi bir az əvvəl qeyd etdiyim kollektorun üstündə tikilib və bunun da nəticəsində kollektor öz işlək funksiyasını itirmiş olub. Mən bilmirəm "Pejo" hansı oliqarxa məxsusdur, ancaq bu qədər dərəbəylik olmaz. Araşdırdım, məlum oldu ki, "Pejo" həmin kollektoru ləğv edən zaman üç nəfər qaynaqçı fəhlə də dünyasını dəyişib. Onlardan ikisi ata ilə oğul olub. Bax bunun nəticəsidir ki, Babək prospektinin yaxınlığında "AvroMed"in yanında olan məhlənin camaaatı bələ dözülməz vəziyyətlə üzləşməli oldu. "Azərsu"nun da günahı az deyil. Dünən bütün günü mənim onlara etdiyim zənglərin heç bir faydası olmadı. Hətta "Azərsu"nun rəhbərliyində təmsil olunan şəxslərin əksəriyyəti mənə belə bir cavab verdi ki, Prezidentin yolu dağılıb, onu düzəldirik. Yalnız səhərə yaxın bir maşın göndərdilər. O da bir az su cəkdikdən sonra qaçıb getdi.
Mən evimi yenicə təmir etdirmişdim. Bütün təmir və evdə olan bahalı mebellər zay olub. Ailəmizə külli miqdarda ziyan dəyib. Mənə dəyən maddı və mənəvi ziyanın ödənilməsi ilə bağlı hüquqa müraciət etmək fikirim var. "Azərsu"nun prezidenti Qorxmaz Hüseynovu və "Pejo" firmasını məhkəməyə verməyi planlaşdırıram."
Şərhlər