Menu

Türkiyədə 1 669 təhsil müəssisəsi bağlanacaq

22.07.2016, 16:11
Türkiyədə 1 669 təhsil müəssisəsi bağlanacaq

Türkiyədə 1 669 təhsil müəssisəsi bağlanacaq.

"Report" "Anadolu"ya istinadən xəbər verir ki, Türkiyə Milli Təhsil Nazirliyi indiyədək 800-ə yaxın özəl məktəbin bağlanması barədə şəhər təhsil şöbələrinə yazılı təlimat göndərib.

Ümumilikdə Fətullahçı terror təşkilatına (FETÖ) məxsus 936 özəl məktəb, 449 tələbə yataqxanası və 284 digər özəl təhsil müəssisələrinin bağlanması üçün tədbirlər görülür.

Məlumata görə, Təhsil Nazirliyi indiyədək 27 157 təhsil işçisinin fəaliyyətini qadağan edib. Onların nazirliyə məxsus özəl təhsil müəssisələrində işləməsinə də icazə verilməyəcək.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol